Azərbaycan klubu Çempionlar Liqasına məğlubiyyətlə başladı

 Azərbaycan klubu Çempionlar Liqasına məğlubiyyətlə başladı

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən "Aznur" komandası yarışa uğursuz başlayıb.

"Mediasport" xəbər verir ki, Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda F qrupunun ilk turunda "Sokil"ə (Polşa) uduzub - 0:2.

Təmsilçimizin qrupda digər görüşləri "Ruftop" (Macarıstan) və "Bukovina" (İngiltərə) kollektivləri olacaq.