Azərbaycanda oynayan braziliyalı Portuqaliyada əməliyyat edildi

 Azərbaycanda oynayan braziliyalı Portuqaliyada əməliyyat edildi

"Şamaxı"nın oyunçusu David Santos əməliyyat olunub.

"Mediasport" xəbər verir ki, futbolçunun Portuqaliyada baş tutan ön çarpaz bağın rekonstruksiyası əməliyyatı uğurlu keçib.

Braziliyalı müdafiəçi cari mövsüm bölgə təmsilçisinin heyətində bütün turnirlər daxil, 33 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Şamaxı" Azərbaycan Premyer Liqasının sonuncu - 33-cü turunda "Qəbələ"nin qonağı olacaq.