"Neftçi"də oynamış məşhur sima 40 yaşında Sinqapura üz tutdu

"Neftçi"də oynamış məşhur sima 40 yaşında Sinqapura üz tutdu

“Neftçi”nin sabiq futbolçusu Keysuke Honda futbolçu karyerasını bərpa edib.

"Mediasport" xəbər verir ki, 40 yaşlı yaponiyalı Sinqapurda oynayacaq.

Asiyalı veteran əsas liqada mübarizə aparan “Yuronq”la anlaşıb.

Qeyd edək ki, Honda 2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan çempionu olub.