ARVK-nın komandası Xorvatiyada keçirilən turnirdə 7-ci yeri tutdu

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) vəkil və hüquqşünas qadınlardan ibarət həvəskar futbol komandası “Leqal İqlz” Xorvatiyanın Pula şəhərində keçirilən “Nations Cup 2025” turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz “Mundiavocat” tərəfindən təşkil olunmuş yarışı VII pillədə başa vurub.
“Leqal İqlz” Portuqaliya, Braziliya, Fransa, Çin, Qazaxıstan, İtaliya, Belçika, İndoneziya və Meksikadan olan vəkil və hüquqşünas qadınlardan ibarət komandalarla mübarizə aparıb.
Komandamız turnirin ilk oyununda Çin yığmasına qalib gəlib, Belçika və İndoneziyadan olan həmkarlarına uduzub.
Çempionatın qalibi Braziliya komandası olub.
Xatırladaq ki, “Leqal İqlz" ötən il keçirilən “Mundiavocat 2024” turnirində gümüş medal qazanıb.