Murad oynadı, komandası uduzdu - Zamiq Əliyev qələbədə iştirak etdi
UEFA Konfrans Liqasının Liqa mərhələsində 4-cü turun görüşləri baş tutub.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının futbolçularından Murad Məmmədovun formasını geyindiyi Kiprin "Pafos" klubu "Midtyulland"la qarşılaşıb.
Vinger meydana 55-ci dəqiqədə çıxıb, komandası məğlub olub.
Zamiq Əliyevin heyətində yer aldığı Albaniyanın "Eqnatiya" kollektivi isə "Linkoln"a qalib gəlib. Müdafiəçi 84-cü dəqiqədə oyuna qoşulub.
Türk klublarından "Trabzonspor" Bolqarıstan səfərində sevinib, "Kayrat" doğma publika qarşısında oynayıb.
UEFA Konfrans Liqası. Liqa mərhələsi. 4-cü tur
"Kayrat" (Qazaxıstan) - "Myallbü" (İsveç) 1:0
"Ayaks" (Niderland) - "Tun" (İsveçrə) 4:0
"Pafos" (Kipr) - "Midtyulland" (Danimarka) 0:2
"Brayton" (İngiltərə) - "Universitatya" (Krayova, Rumıniya) 4:0
"Brann" (Norveç) - "Orhus" (Danimarka) 1:4
"Harts" (Şotlandiya) - "Monako" (Fransa) 2:3
"Yabloneç" (Çexiya) - "Luqano" (İsveçrə) 2:0
"Jalgiris" (Litva) - "Riqa" (Latviya) 2:0
"İberiya" (Gürcüstan) - "Xetafe" (İspaniya) 1:0
"Eqnatiya" (Albaniya) - "Linkoln" (Cəbəllütariq) 2:1
"Braqa" (Portuqaliya) - "KuPS" (Finlandiya) 4:0
"Frayburq" (Almaniya) - "Tvente" (Niderland) 2:1
"Gent" (Belçika) - "Srvena Zvezda" (Serbiya) 1:1
"Borats" (Bosniya və Herseqovina) - "Atalanta" (İtaliya) 2:3
"Hayduk" (Xorvatiya) - "Sent-Trüyden" (Belçika) 0:2
"Norşelland" (Danimarka) - "Panatinaikos" (Yunanıstan) 3:2
"İnter" Eskaldes (Andorra) - "Kopenhagen" (Danimarka) 2:0
ÇSKA (Bolqarıstan) - "Trabzonspor" (Türkiyə) 1:2

