Vəli Qasımov Premyer Liqa klubunun İdarə Heyətinə üzv seçildi

Vəli Qasımov Premyer Liqa klubunun İdarə Heyətinə üzv seçildi

“Şamaxı” Futbol Klubunun İdarə heyətinin sədr müavini Ramiz Məmmədov tutduğu vəzifədən ayrılıb.

"Mediasport" xəbər verir ki, bu, mütəxəssisin “Mingəçevir” klubuna baş məşqçi təyin olması ilə əlaqədardır.

Şirvanlılar Ramiz Məmmədova göstərdiyi əvəzsiz xidmətlərə görə təşəkkür edib, yeni vəzifəsində uğurlar arzulayıb.

Ramiz Məmmədovun yerinə klubda son 3 ildə gənclərin inkişafı proqramının rəhbəri vəzifəsində çalışan veteran futbolçu Vəli Qasımov yeni üzv seçilib.

Qeyd edək ki, 2022-ci ildən Premyer Liqa klubunda idarə heyətinin sədr müavini kimi fəaliyyət göstərmiş Ramiz Məmmədov eyni zamanda 2023-24-cü illər mövsümündə əsas komandanın baş məşqçisi postuna gətirilib və “Şamaxı”nı 1-ci Liqanın çempionu edərək Premyer Liqaya yüksəldib.