"Liverpul"lu Konate: "Azərbaycan millisi bizi təəccübləndirdi"

"Liverpul"lu Konate: "Azərbaycan millisi bizi təəccübləndirdi"

"Mediasport" Fransa milli milli komandası və "Liverpul"un futbolçusu İbrahima Konatenin DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində sabah Azərbaycan yığması ilə Bakıda baş tutacaq oyundan öncə keçirilən mətbuat konfransında səsləndirdiyi fikirləri təqdim edir:


Sabah kapitan siz olacaqsnız, komanda üzvlərinə nə deyəcəksiniz?

- Bilmirəm kapitan mən olacam, ya yox. Bunu baş məşqçidən soruşmaq lazımdır. Oyun çətin keçə bilər. Amma əsas odur ki, zövq alaq. Bura Fransanı təmsil etməyə gəlmişik. Məqsəd rəqibdən xal almaqdır.

Azərbaycanla matçda qapıda millinin ikinci qapıçısı dayanacaq?

- Bu, məndən asılı deyil. Baş məşqçi bilir. Keyfiyyətli qapıçıdır. Ümid edirəm ki, sabah ilk dəfə qapıda dayanacaq və Fransa millisini təmsil edəcək.

Parisdəki matçda Azərbaycana qarşı bir az çətinlik çəkmişdiniz... 

- Bəli, Parisdəki görüşdə Azərbaycan millisi bizi müsbət mənada təəccübləndirdi. Artıq matçın nəticəsi nə olursa-olsun, oynayacağıq. Sabah faciəvi hesab olsa da, siz nəticələrə fokuslanmamalısız. Oyundan zövq almalısız. Fransa xalqının qarşısında öz məsuliyyətimiz var.

Azərbaycan millisinin heyətində əksər oyunçular "Qarabağ"ı təmsil edir. Azərbaycan klubu Çempionlar Liqasında "Liverpul"un rəqibidir. "Qarabağ"ın belə uğurlu çıxışı sizi təccübləndirib?

- Bakı gözəl şəhərdir. Səmimi olacam, Azərbaycanla Fransadakı oyunda çətin anlar yaşadıq. Bunu qəbul etməliyik. Gələcək matçlara fokuslanmırıq, anı yaşayırıq. Azərbaycan millisi 0:3 uduzsa da, müsbət keyfiyyətlər göstərdi. Əminəm ki, sabah da bunu göstərəcəklər. Biz də milli olaraq xal qazanmağa çalışacağıq.