Azərbaycan millisinin üzvü Polşa klubu ilə 1 illik müqavilə bağladı

Azərbaycan millisinin üzvü Polşa klubu ilə 1 illik müqavilə bağladı

Futbol üzrə Azərbaycan millisinin üzvü Renat Dadaşovun yeni komandası müəyyənləşib.

"Mediasport" xəbər verir ki, 26 yaşlı hücumçu Polşanın "Motor" (Lublin) klubunda çıxış edəcək.

Forvard Yüksək Liqa (Ekstraklasa) klubu ilə 1+1 illik müqaviləyə qol çəkib.

Xatırladaq ki, Dadaşov son olaraq elə bu çempionatda “Radomyak”ın formasını geyinib.