Millimiz AÇ-də İngiltərə, Litva və Belçika yığmaları qarşılaşacaq

 Millimiz AÇ-də İngiltərə, Litva və Belçika yığmaları qarşılaşacaq

Çimərlik futbolu üzrə Avropa çempionatının I seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Litva, İngiltərə və Belçika yığmaları ilə mübarizə aparacaq yığmamız B Liqasının A qrupunda yer alıb.

Bu qrupun oyunları mayın 23-25-də İspaniyanın El Puerto de Santa Maria şəhərində keçiriləcək.