"Bizim əsas hədəfimiz ilk 3-lükdə qərarlaşmaqdır" - Mahir Emreli

"Bizim əsas hədəfimiz ilk 3-lükdə qərarlaşmaqdır" - Mahir Emreli

"Çətin bir mövsümöncəsi hazırlıq prosesi keçdik. Həqiqətən çox çalışdıq".

"Mediasport" xəbər verir ki, bu sözləri Almaniyanın SWR nəşrinə açıqlamasında "Kayzserslautern"in hücumçusu Mahir Emreli deyib.

Forvard məşq zamanı oyun və taktiki elementlər üzərində işlədiklərini söyləyib:

"Düşünürəm ki, komandamız yeni mövsümə hazırdır. Amma təbii ki, mövsümün ilk rəsmi oyunu həmişə çətin olur.

Formaya düşmək və ən yaxşı səviyyəyə çatmaq üçün bir neçə oyun tələb olunur. Bizim əsas hədəfimiz ilk 3-lükdə qərarlaşmaqdır. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Xatırladaq ki, Mahir "Kayzerslautern"ə "Nürnberq"dən keçib.