Mahir Emreli Almaniyada dubl etsə də, komandası uduzdu

Mahir Emreli Almaniyada dubl etsə də, komandası uduzdu

Almaniyanın 2-ci Bundesliqasında 30-cu turun oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" evdə "Paderborn"la qarşılaşıb.

5 qolun vurulduğu matçda hesabı 2-ci dəqiqədə Azərbaycan millisinin üzvü açıb.

28 yaşlı forvard 90+3-də dubl etsə də, komandası məğlubiyyətdən qaça bilməyib - 2:3.

Miroslav Klozenin baş məşqçisi olduğu komanda 44 xalla 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, ötən yaydan "Nürnberq"də oynayan Mahir cari mövsüm 2-ci Bundesliqada 6 qol vurub, bir məhsuldar ötürmə edib.