"Neftçi" Yunanıstan səfərində

 "Neftçi" Yunanıstan səfərində

"Neftçi" basketbol komandası bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, paytaxt klubu H qrupunun ilk turu çərçivəsində Yunanıstanda "Mikonos" kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "ağ-qaralar"ın qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları da yer alıblar.