Renat Dadaşov karyerasını Polşa klubunda davam etdirəcək - FOTO

Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.
"Mediasport" xəbər verir ki, 25 yaşlı hücummu Yüksək Liqa (Ekstraklassa) təmsilçisi "Radomiak"da oynayacaq.
Polşa mətbuatı forvardın Radom klubu ilə müqavilə bağlamaq üçün klub rəhbərliyi ilə görüşdüyünü yazıb.
Renat 22-ci turun "Legiya" ilə matçını stadiondan izləyib.
Anlaşma baş tutarsa, Dadaşov yığmamızın digər üzvü Rahil Məmmədovla komanda yoldaşı olacaq.
Qeyd edək ki, hücumçu ötən yay müqavilə bağladığı Türkiyənin "Ankaragücü" klubundan yanvardan sonra adı iştirak ərizəsinə salınmadığı üçün ayrılıb.