Coşqun Diniyevin Türkiyə klubu ilə anlaşmasının detalları açıqlandı

Azərbaycan milli komandasının üzvü Coşqun Diniyevin "Çorum"a transferi rəsmiləşib.
Mediasport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi 1-ci Liqa klubu ilə 1,5 illik müqavilə bağlayıb.
Təcrübəli futbolçu bundan əvvəl çempionatın digər komandası "Bandırmaspor"da çıxış edirdi.
O, cari mövsüm 20 oyun keçirib, 2 qol ötürməsi ilə yadda qalıb.