Millimiz irlandlara tapşırıldı

 Millimiz irlandlara tapşırıldı

Sentyabrın 25-də Bakıda 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, B qrupunun qarşılaşmasını İrlandiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Aaron O`Douda yan xətlərdə Darra Kiqan və Şeyn Cerard O'Brayan kömək göstərəcək.

Dördüncü hakim funksiyasını Paul Norton yerinə yetirəcək.

“Bank Respublika Arena”da baş tutacaq matç saat 17:45-də start götürəcək.