Mahir 3 aydan sonra meydana çıxdı, komandası qalib gəldi
Zədəsini sağaldan Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubunda yaşıl meydanlara geri dönüb.
"Mediasport" xəbər verir ki, hücumçu Almaniya 2-ci Bundesliqanın 23-cü turunun "Pröyssen Munster"lə səfər görüşündə meydana çıxıb.
Forvard komandasının 3:2 hesabı ilə qalib gəldiyi matça 88-ci dəqiqədə qoşulub.
Xal ehtiyatını 37-yə çatdıran "Kayzerslautern" turnir cədvəlində 6-cı sıraya yüksəlib. Lider "Şalke"nin 46 xalı var.
Xatırladaq ki, 29 yaşlı futbolçu 2025-ci ilin 8 noyabrında “Herta” ilə səfər qarşılaşmasında zədə almışdı.
O, "Kayzerslautern"in heyətində ümumilikdə 6 matçda meydanda olub, 1 qolla yadda qalıb.
