Avropa çempionatı: Millimiz Gürcüstan yığması ilə üz-üzə
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirəcək.
"Mediasport" xəbər verir ki, B Liqasının V qrupunda yer alan komandamızın rəqibi Gürcüstan futbolçuları olacaq.
Şimali Makedoniyanın Strumitsa şəhərindəki "Kukuş" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Xatırladaq ki, yığmamız daha əvvəl qrupda çıxdığı matçlarda Sloveniya (0:2) və Şimali Makedoniyaya (1:3) məğlub olub.
