Azərbaycan yığması Qəbələdə Moldova millisi ilə bərabərə qaldı

 Azərbaycan yığması Qəbələdə Moldova millisi ilə bərabərə qaldı

Qəbələ şəhəində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Mediasport" xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv Moldova yığması ilə qarşılaşıb.

Görüşdə qapılara qol vurulmayıb.

Komandalar arasında növbəti matç martın 22-də baş tutacaq.