Millimiz AÇ-də Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacaq

Millimiz AÇ-də Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacaq

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/2026 mövsümü üzrə II raundunun püşkü atılıb.

"Mediasport" xəbər verir ki, tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Komandamız Bolqarıstan, Litva və Malta yığmaları ilə mübarizə aparacaq.

Futbolçularımız B Liqasının 2-ci qrupunda yer alıblar.