AÇ: Azərbaycan - Portuqaliya oyununun hakimləri müəyyənləşdi
Martın 27-də AVRO-2027-nin (U-21) seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan - Portuqaliya oyununun hakim təyinatları açıqlanıb.
"Mediasport" xəbər verir ki, B qrupunun 8-ci turunda təşkil olunacaq qarşılaşmanın baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq.
Ona həmyerliləri Andreas Fotopoulos və Konstantinos Staikos kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Aleksandros Katsikogiannis yerinə yetirəcək.
8-ci kilometr qəsəbə stadionunda reallaşacaq görüş saat 15:00-da başlanacaq.
