Ramil Şeydayev Rusiya klubunda debütünü qələbə ilə qeyd etdi

Ramil Şeydayev Rusiya klubunda debütünü qələbə ilə qeyd etdi

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev Rusiyanın "Soçi" klubunun heyətində debüt edib.

"Mediasport" xəbər verir ki, 34 yaşlı hücumçu 1-ci Liqanın 6-cı turu çərçivəsində "Volqa"ya qarşı forma geyinib.

Görüş Şeydayevin komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Ramil meydana 60-cı dəqiqədə daxil olub.

Xal ehtiyatını 10-a çatdıran "Soçi" 5-ci pillədə qərarlaşıb.