QƏFİL İSTEFAnın arxasında nə dayanır? - "Bu addımı atmalı idim"

QƏFİL İSTEFAnın arxasında nə dayanır? - "Bu addımı atmalı idim"

"Hər şey qaydasındadır, narahatlıq yoxdur. Özüm istefa vermişəm. İndiki periodda bu addımı atmalı idim".

Bu sözləri "Mediasport"a açıqlamasında "Səbail"in baş məşqçisi postundan ayrılan Elvin Məmmədov deyib.

1-ci Liqada mövsümə yaxşı başlayan gənc mütəxəssis "Cəbrayıl"la görüşdə məğlubiyyətdən (0:2) sonra keçirilən iclasda istefa verməsini belə izah edib:

"İstefamın bugünkü oyunla heç bir əlaqəsi yoxdur. Hər işdə bir xeyir var. Bu qərarı verməli idim.

Klub rəhbərliyindən çox razı qaldım. Məşqçilik işində hər dəqiqə belə şeylərə hazır olmalısan. İnşallah, bundan da yaxşı yerlərdə olarıq".

Xatırladaq ki, Bayıl təmsilçisi Məmmədovun rəhbərliyi altında 1-ci Liqada geridə qalan 9 turdan sonra 18 xalla (5 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət) ikinci pillədə qərarlaşıb.

Elvin Məmmədov "dənizçilər"ə ötən mövsümün sonlarından rəhbərlik edirdi.