"Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik” - Millimizin baş məşqçisi

"Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik” - Millimizin baş məşqçisi

“Sabah çox vacib oyuna çıxacağıq. Çünki bu, dünya çempionatının seçmə mərhələsində ilk matçımız olacaq. İlklər həmişə çətin və önəmli olur".

"Mediasport" xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Bakıda Şimali Makedoniya yığmasına qarşı keçirəcəkləri oyun haqda düşüncələrini bölüşüb:

"Qarşılaşmaya maksimum dərəcədə hazırlaşmışıq. İtkilərimizin olmasına baxmayaraq, oyuna tam köklənmişik. Rəqibi təhlil edərək komanda ilə bölüşmüşük. Planımızı da buna görə qurmuşuq. Meydandan istədiyimiz nəticə ilə ayrılmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Dalğa Arena”da baş tutacaq Azərbaycan - Şimali Makedoniya qarşılaşması saat 15:00-da başlanacaq.