Yığmamızın üzvü növbəti dəfə Rusiyada rəmzi heyətdə yer aldı

Yığmamızın üzvü növbəti dəfə Rusiyada rəmzi heyətdə yer aldı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva növbəti dəfə Rusiya Premyer Liqasında turun rəmzi heyətinə düşüb.

"Mediasport" xəbər verir ki, "Zenit"də forma geyinən 23 yaşlı müdafiəçi bu dəfə 17-ci turun simvolik yığmasında yer alıb.

O, komandasının "Rubin"ə qalib gəldiyi (3:1) səfər oyununda 90 dəqiqə uğurlu performansına görə fərqləndirilib.

Xatırladaq ki, Mirzəliyevə bu mövsüm 8-ci və 10-cu turlarda da seçilib.