Avropa çempionatı: Millimiz Monteneqro yığması ilə qarşılaşır

Avropa çempionatı: Millimiz Monteneqro yığması ilə qarşılaşır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində sonuncu matçına çıxacaq.

“Mediasport” xəbər verir ki, Həbib Ağayevin baş məşqçisi olduğu yığma B Liqasının IV qrupunda Monteneqro futbolçuları ilə qarşılaşacaq.

Raundun görüşləri Albaniyada keçirilir. Komandamızın matçı Tiranadakı “House of Football Natural Pitch” stadionunda təşkil olunacaq.

Rumıniyalı Roksana Rekoreanın idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Xatırladaq ki, millimiz qrupda əvvəlki iki görüşdə Şimali İrlandiya və Albaniyaya 0:4 hesabları ilə uduzub.