Millimiz qırğızlara yenə uduzdu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Bişkek şəhərində baş tutan matç rəqibin qələbəsi ilə yekunlaşıb - 4:1.
Komandamızın qolunu Xədicə Rəhimova vurub.
Qırğızıstanda təlim-məşq toplanışını davam etdirən yığmamız 3 gün əvvəl bu rəqiblə reallaşan ilk sınaq qarşılaşmasında 0:3 hesabı ilə uduzmuşdu.


