Azərbaycan karateçiləri Pemyer Liqanın 3-cü mərhələsində
                                Azərbaycan karateçiləri Misirin paytaxtı Qahirədə keçiriləcək Premyer Liqanın üçüncü mərhələsində iştirak edəcəklər.
"Mediasport" xəbər verir ki, yarışda üçqat dünya çempionumuz İrina Zaretska (68 kq), həmçinin Əminağa Quliyev (60 kq), Nuran Rzazadə (67 kq) və Turqut Həsənov (84 kq) mübarizə aparacaqlar.
Premyer Liqann görüşləri aprelin 18-20-də baş tutacaq.
                        