Ələkbərov Qazaxıstanda fərqləndi
Azərbaycanın şose velosipedi üzrə U-23 yığmasının üzvü Süleyman Ələkbərov Qazaxıstanın Almatı şəhərində keçirilən "Changan Race Almaty 2026" yarışında fərqlənib.
Bu barədə "Mediasport"a Azərbaycan Velosiped İdmanı Federasiyasından məlumat verilib.
2 mərhələnin yekununda ümumi təsnifatda 4-cü olan idmançı ən yaxşı gənc velosipedçi köynəyinə layiq görülüb.

