Millilərimiz UEFA İnkişaf Turnirlərində iştirak edəcəklər

 Millilərimiz UEFA İnkişaf Turnirlərində iştirak edəcəklər

Futbol üzrə Azərbaycan milli komandaları gələn il UEFA İnkişaf Turnirlərində iştirak edəcəklər.

"Mediasport" xəbər verir ki, U-17 yığmamız martda Rusiyanın Sçi şəhərində təşkil olunacaq yarışa qatılacaq.

16 yaşadək futbolçularımız isə apreldə Qazaxıstana yollanacaqlar.

Məlumatı Rusiya Futbol İttifaqının baş katibi Maksim Mitrofanov açıqlayıb.

Qeyd edək ki, Rusiya 2023, 2024 və 2025-ci illərdə də U-17-lər arasında  analoji turnirlərə ev sahibliyi edib.