Dünya reytinqi: "Qarabağ" və "Zirə" gerilədi, "Neftçi" və "Sabah" irəlilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların dünya reytinqinin yeni siyahısını açıqlayıb.
"Mediasport" xəbər verir ki, planetin 704 klubunun yer aldığı sıralamada ən yaxşı göstəriciyiə malik təmsilçimiz "Qarabağ" bir pillə geriləyib.
Aktivində 182,5 xalı olan Azərbaycan çempionu 68-ci pillədən 69-cu yerə düşüb.
Digər klublarımıza gəlincə, "Sabah" (93,5 xal) 252-dən 224-ə yüksəlib, "Zirə" (66,75) 360-dan 389-a düşüb.
"Araz-Naxçıvan" (60,25) 486-dan 456-ya, "Neftçi" (51,25) 563-dən 553-dək yüksəlib.
"Turan Tovuz" (45) isə 608-ci yerdən 627-yə qədər geriləyib.
Reytinqə 613 xalla Fransanın PSJ klubu başçılıq edir.
