İnfantino FIFA U-15-in təşkilinə görə İlham Əliyevə təşəkkür etdi

 İnfantino FIFA U-15-in təşkilinə görə İlham Əliyevə təşəkkür etdi

FIFA prezidenti Canni İnfantino Bakıda 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

"Mediasport" xəbər verir ki, qurum rəhbəri bununla bağlı instaqram hesabında paylaşım edib.

O, turnirin açılış mərasimini fantastik adlandırıb:

"Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Baş nazirin müavini Samir Şərifova, hökumətə, Prezident Rövşən Nəcəfin rəhbərliyi altında AFFA-ya (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - red.), FIFA-dakı həmkarlarıma və bu xüsusi yarışın təşkilində kömək edən hər kəsə təşəkkür edirəm.

Biz hər bir gənc istedada şans veririk və altı konfederasiyanın hamısında FIFA-nın 189 üzv ölkəsindən gəncləri birləşdiririk".

Xatırladaq ki, oktyabrın 24-də Bakı Kristal Zalında 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi keçirilib.

Açılış matçında Azərbaycan komandası Timor-Lesteni 6:0 hesabı ilə məğlub edib.