Avropa çempionatı: Millimiz Bolqarıstanla bərabərə qaldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə qrup mərhələsində Bolqarıstanla qarşılaşıb.
"Mediasport" xəbər verir ki, yığmamız "Liv Bona Dea Arena"da keçirilən görüşdə bərabərə qalıb.
Xatırladaq ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliyaya 0:5 hesabı ilə uduzub.
AVRO-2027. Seçmə qrup mərhələsi. 2-ci tur
Azərbaycan (U-21) - Bolqarıstan (U-21) 1:1
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Erind Burqu, Reydi Zaimi
Dördüncü hakim: Kreşnik Çyapi
"Liv Bona Dea Arena", Bakı.
