Millimiz "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başladı

14 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atrau şəhərində keçirilən "Airom Cup" beynəlxalq turnirinə qələbə ilə başlayıb.
"Mediasport" xəbər verir ki, Polad Həsənovun rəhbərlik etdiyi yığma Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94:13 hesabı ilə qalib gəlib.
Yarışda Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klubları da mübarizə aparırlar.
Dairəvi sistemlə keçirilən turnirin qalibi iyunun 22-də müəyyənləşəcək.