SON DƏQİQƏ! "Sabah"ın yeni baş məşqçisi 33 yaşlı serbiyalı oldu
"Sabah" basketbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, komandadan ayrılan Rimas Kurtinaytisi Lazar Spasiç əvəz edəcək.
Son iş yeri Almaniyada "Oldenburq" olmuş serbiyalının təyinatı yaxın günlərdə açıqlanacaq.
33 yaşlı mütəxəssis daha əvvəl ölkəsində "Mladost", "Bolyevaç", "Leskovaç" və "Vrsaç" klublarının baş məşqçisi olub.
