Milli komandalarımız seçmə mərhələnin oyunlarına start verir

  Milli komandalarımız seçmə mərhələnin oyunlarına start verir

3x3 basketbolçu qadınlardan və kişilərdən ibarət Azərbaycan yığmaları Avropa Kubokunun seçmə mərhələsində mübarizəyə start verir.

"Mediasport" xəbər verir ki, kişilərdən ibarət komandamız Albaniya, Malta və San-Marino ilə qarşılaşacaq.

Qadın basketbolçularımız isə Kipr və Malta ilə üz-üzə gələcək.

Avropa Kuboku. Seçmə mərhələ

13 iyun

Kişilərin mübarizəsi

16:00 Azərbaycan - Albaniya

18:15 Azərbaycan - Malta

20:10 San-Marino - Azərbaycan

Qadınların mübarizəsi

16:50 Azərbaycan - Kipr

20:35 Azərbaycan - Malta