Azərbaycanda basketbol haqda xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə azb.az idman portalı istifadəyə verilib.
"Mediasport" xəbər verir ki, Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq.
azb.az saytında Azərbaycan Basketbol Liqası, kubok yarışları, aşağı yaş qrupları və milli komandaların oyunlarından operativ xəbərlər, xüsusi reportajlar və müsahibələr təqdim olunacaq.
Bununla yanaşı, platformada Avropa kuboklarında mübarizə aparan klublarımızın matçları, NBA və Avroliqa qarşılaşmaları da mütəmadi işıqlandırılacaq.
Portal xəbər lentindən əlavə, matçların analitik təhlillərini və basketbolçuların statistik göstəricilərini də oxuculara təqdim etməyi hədəfləyir.
İnstaqram: https://www.instagram.com/azb.aze
Teleqram: https://t.me/azbasketbol
Feysbuk: https://www.facebook.com/share/1FMWqs1RbT/
TikTok: https://www.tiktok.com/@azb.aze
Yutub: https://youtube.com/@azbasketbol

