"Sabah" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır

 "Sabah" Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır

Basketbol üzrə son Azərbaycan çempionu "Sabah" bu gün FİBA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, B qrupunda yer alan Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Çexiyada "Nimburk"la qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.