Millimiz Bolqarıstanda Avropa Kubokunda gümüş medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bolqarıstanın Burqas şəhərində keçirilən Avropa Kubokunda uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, yığmamız yarışda gümüş medal qazanıb.
Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilə Əliyeva və Sofiya Məmmədovadan ibarət komanda 3 top və 2 halqa ilə mübarizədə 25,150 xal toplayaraq ikinci olub.
Komandamız 5 lentlə kompozisiyanın icrasında dördüncü yeri tutub, həmçinin çoxnövçülük üzrə mayın 17-də keçiriləcək finala vəsiqə qazanıb.