Gimnastlarımız 7 medal qazandı
Azərbaycan gimnastları Slovakiyanın Bratislava şəhərində keçirilən “Slovak Trampoline Open Cup” beynəlxalq turnirində uğurlu nəticələr göstəriblər.
"Mediasport" xəbər verir ki, Əli Niftəliyev və İbrahim Mustafazadə sinxron proqramda 39,600 xalla, Çingiz Vəliyev ikili mini-batutda 49,300 xalla, Vəfa Əlisultanova isə 44,000 xalla qızıl medal qazanıblar.
İbrahim Mustafazadə fərdi proqramda 51,710 xalla, Fərhad Vəliyev 51,800 xalla gümüş medala layiq görülüblər.
Əli Niftəliyev fərdi proqramda 51,499 xalla, Fərhad Vəliyev ikili mini-batutda 46.000 xalla bürünc medal əldə ediblər.

