Millimiz İsraillə qarşılaşır

 Millimiz İsraillə qarşılaşır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.

"Mediasport" xəbər verir ki, IX qrupda yer alan yığma Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

"Park de Sport" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Xatırladaq ki, komandamız qrupun ilk matçında Fransaya 0:8 hesabı ilə uduzub.


Avropa çempionatı. Seçmə mərhələ


20:00. İsrail - Azərbaycan

Baş hakim: Marius Hansen Qrotta (Norveç)

Yan xətt hakimləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Duran (Fransa)

Dördüncü hakim: Jilom Paradi (Fransa)