Millimizin Portuqaliya yığması ilə matçının başlanma saatı dəqiqləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə görüşünün vaxtı dəqiqləşib.
"Mediasport" xəbər verir ki, B qrupunun 1-ci turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Xatırladaq ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda "Dalğa Arena"da Bolqarıstan yığması ilə qarşılaşacaq.