Azərbaycan milli komandası UEFA İnkişaf Turnirində iştirak edəcək
16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Şımkent şəhərində keçiriləcək UEFA İnkişaf Turnirində iştirak edəcək.
"Mediasport" xəbər verir ki, turnir aprelin 25-30-də baş tutacaq.
Yarışa Pakistan və Rusiya yığmaları da qatılacaqlar.
Rusiya – Azərbaycan qarşılaşması aprelin 25-ə təyin olunub.
