AFFA rəsmisindən "Sabah" yoxsa "Qarabağ"? sualına fərqli cavab

AFFA rəsmisindən "Sabah" yoxsa "Qarabağ"? sualına fərqli cavab

AFFA İcraiyyə Komitəsinin üzvü Xəyal Cəfərov “Mədəniyyət TV”də yayımlanan “Zaman sükanı” verilişinin qonağı olub.

"Mediasport" xəbər verir ki, qurum rəsmisi veriliş sonunda maraqlı sualla üz-üzə qalıb.

Lakin Cəfərov aparıcının “Sabah” yoxsa “Qarabağ”? sualına maraqlı cavab verib. O, gülümsəyərək, “Neftçi” cavabını seçib.

Qeyd edək ki, X.Cəfərov 2024-cü ilin martından İcraiyyə Komitəsinin üzvüdür.