"Bizi Azərbaycana qarşı çətin matç gözləyir" - PSJ-nin üzvü

"Bizi Azərbaycana qarşı çətin matç gözləyir" - PSJ-nin üzvü

"Qrupda ikinci oyunumuz səfərdə Azərbaycan yığmasına qarşı olacaq. Bizi çətin görüş gözləyir".

"Mediasport" xəbər verir ki, bu sözləri Ukrayna milli komandasının futbolçusu İlya Zabarnı deyib.

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda komandamızın rəqibi olacaq ukraynalıların müdafiəçisi Bakı səfəri öncəsi düşüncələrini bölüşüb. PSJ-nin 23 yaşlı üzvü bildirib ki, seçmə mərhələ matçlarını səbirsizliklə gözləyir:

"Seçmə oyunlar həm biz, həm də ölkəmiz üçün çox vacibdir. Yaxşı hazırlaşmalıyıq. Rəqiblərimiz kifayət qədər çətindir. Hər şeyi sona buraxmamaq üçün startda xallar toplamalıyıq".

Xatırladaq ki, Ukrayna yığması qrupda ilk görüşünü sentyabrın 5-də Fransa, 9-da isə Azərbaycan millisinə qarşı keçirəcək.

Qrupda İslandiya seçməsi də mübarizə aparacaq. Komandamızın ilk matçı sentyabrın 5-də səfərdə islandlara qarşı olacaq.