Millimiz UEFA İnkişaf Turnirində Latviya yığmasına məğlub oldu
Maltada təşkil olunan UEFA İnkişaf Turnirində iştirak edən 15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk oyununu keçirib.
"Mediasport" xəbər verir ki, millimiz Latviya yığmasına 0:3 hesabı ilə məğlub olub.
Qeyd edək ki, U-15-in növbəti matçı oktyabrın 23-də Litva, sonuncu qarşılaşması isə oktyabrın 26-da Malta yığmasına qarşı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 15:30-da “Sentinari” stadionunda təşkil ediləcək.

