Millimiz Bakıda hazırlıq keçib UEFA İnkişaf Turnirinə yollanacaq

 Millimiz Bakıda hazırlıq keçib UEFA İnkişaf Turnirinə yollanacaq

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Bakıda təlim-məşq toplanışı keçirəcək.

Bu barədə "Mediasport"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Komanda oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

U-15 yığması oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.