Yığmamız Avropa çempionatında Almaniya ilə eyni qrupa düşdü
17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2026/2027 mövsümü üzrə I seçmə mərhələnin püşkü atılıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
2-ci qrupda yer alan U-17 Almaniya, Şimali İrlandiya və Litva yığmaları ilə mübarizə aparacaq.
Qrupun oyunları Almaniyada keçiriləcək.
Avropa çempionat. 1-ci seçmə mərhələ. 2-ci qrup
11 noyabr 2026-cı il
Almaniya - Azərbaycan
14 noyabr
Şimali İrlandiya – Azərbaycan
17 noyabr
Litva – Azərbaycan
