Millimizin üzvü Niderlandda növbəti qələbəyə sevindi

Millimizin üzvü Niderlandda növbəti qələbəyə sevindi

Futbol üzrə Niderland Yüksək Liqasında (Erediviziya) 25-ci turun oyunları keçirilib.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ozan Can Kökcünün formasını geyindiyi "Volendam" doğma meydanda "Qroningen"lə qarşılaşıb.

Debütant matçın gedişində hesabda geri düşsə də, əzmkarlıq göstərərək geridönüş edib və 90+6-cı dəqiqədə qələbə topunu vurub - 3:2.

Yığmamızın yarımmüdafiəçisi 79 dəqiqə meydanda olub.

Xal ehtiyatını 27-yə çatdıran "Volendam" turnir cədvəlində təhlükəli zonadan bir qədər uzaqlaşmaqla 14-cü pilləyə yüksəlib.