Millimizin Avropa çempionatında oyunlarının vaxtları açıqlandı
Minifutbol üzrə Azərbaycan milli komandasının Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.
"Mediasport" xəbər verir ki, mayın 27-də Slovakiyada start götürəcək yarışda Azərbaycan millisi F qrupunda mübarizə aparacaq.
Yığmamız iyunun 4-dək davam edəcək qitə birinciliyində ilk matçını mayın 28-də Avstriyaya qarşı keçirəcək.
Komandamızın növbəti oyunu mayın 29-da İtaliya yığmasına qarşı baş tutacaq.
Qrupda son rəqibimiz mayın 30-da Fransa futbolçuları olacaqlar.
