"Zirə" ölkə çempionu oldu
Minifutbol üzrə Azərbaycan çempionatının 2025/2026-cı illər mövsümünün qalibi müəyyənləşib.
"Mediasport" xəbər verir ki, qızıl medalları "Zirə" qazanıb.
"Qartallar" final oyununda "Birbaşa Bakı"nı məğlub ediblər - 4:1.
Üçüncü yeri isə "Sumqayıt"a 6:4 hesabı ilə qalib gələn "Aznur" tutub.
Xatırladaq ki, son çempion “Birbaşa Bakı” idi.
